» » » Bakıda faciə: Külək fəhləni binadan atdı

Bakıda faciə: Külək fəhləni binadan atdı

Bakıda faciə: Külək fəhləni binadan atdı

Prokurorluq cinayət işi başlayıb.

Bakıda tikintidə faciə baş verib.

ucarliyiq.biz xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində, yeni inşa olunan binada qeydə alınıb.

Tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Nicat Səhrad oğlu Mehdiyev binadan yıxılaraq ölüb.

İlkin məlumata görə, fəhlə güclü külək nəticəsində binadan yıxılıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.