» » » Azərbaycanda bəzi siqaretlər ucuzlaşdı – SƏBƏB

Azərbaycanda bəzi siqaretlər ucuzlaşdı – SƏBƏB

Azərbaycanda bəzi siqaretlər ucuzlaşdı – SƏBƏB

“Bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayı artdı”.

Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib.

ucarliyiq.biz xəbər verir ki, “Japan Tobacco International” şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu gündən “Winston”, “Sobranie” və “Camel” markalı siqaretlərin qiymətində azalma baş verib.

Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi “More” markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb.

Şirkət rəsmisi bildirib ki, “Whinston” markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, “Sobranie” (böyük) 7 manatdan 5 manata, “Camel” 3,50 manatdan 3 manatadək enib.

“Ucuzlaşmaya səbəblərdən biri tələbatın azalmasıdır. Bununla yanaşı, bahalaşmadan sonra bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayı artdı. Bunun qarşısını almaq üçün bu addımı atmalı olduq”, - deyə şirkət rəsmisi qeyd edib.

Qeyd edək ki, siqaretlərin bahalaşmasından sonra əhali qiyməti nisbətən baha olan tütün markalarını digərləri, daha ucuzları ilə əvəzləyib. Bu isə öz növbəsində bahalı siqaret markalarına tələbatın kəskin azalması ilə nəticələnib.