» » » Bakıda şaxta olacaq

Bakıda şaxta olacaq

Bakıda şaxta olacaq

Fevralın 07-si gündüzdən 08-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraitini açıqlayıb. Qurumdan verilən əlumata görə,Abşeron yarımadasında və bəzi rayonlarda küləyin sürəti 20-30 m/s-dək güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Lənkəran- Astara zonasında 2-19, Astarada 30, Böyük Qafqazda 1-15, Mərkəzi-Aran rayonlarında 1-21, Naxçıvan MR-da 1-13, Qazax-Gəncə zonasında 5-12, Kiçik Qafqazda 8-12 mm təşkil edib.
Bakıda və Abşeron yarımadasında fevralın 09-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 09-da hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.