» » » Nardaranda ölüm hadisəsi

Nardaranda ölüm hadisəsi

Nardaranda ölüm hadisəsi

DİN məlumat yaydı.

Bakının Nardaran qəsəbəsində ölüm hadisəsi baş verib. 

ucarliyiq.biz-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 7-də Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində aparılan təmir-tikinti işləri zamanı Şərur rayon sakini Pərviz Əliyev “CSB” markalı traktorla manevr edərkən traktorun kovşu orada fəhlə işləyən Bakı şəhər sakini Araz Hümbətova dəyib. 

Nəticədə xəstəxanaya yerləşdirilən A.Hümbətov orada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.