» » » 2016-cı il Naxçıvanda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilib

2016-cı il Naxçıvanda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilib

2016-cı il Naxçıvanda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilib

“Sürətli inkişaf templərini qoruyub saxlamaq lazımdır”.

2016-cı il Naxçıvan Muxtar Respublikasında “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilib.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov YAP Naxçıvan Muxtar Respublika Təşkilatının 2015-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı iclasında açıqlayıb.

V. Talıbov deyib ki, 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 25-ci ildönümü tamam olacaq, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti partiyamızın ilk və fəal siyasi qurumu kimi daim nümunə olmalı, “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” olan 2016-cı ildə fəaliyyətini daha da gücləndirməlidir.

“Bu il MR-də “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunub. Bu gün sürətlə inkişaf edən, düşmən sərhədində alınmaz qalaya çevrilmiş Naxçıvan Muxtar Respublikası məhz güclü nizam-intizamın nəticəsində bu səviyyəyə yüksəlib. Sürətli inkişaf templərini qoruyub saxlamaq üçün nizam-intizama əməl etmək, onun möhkəmlənməsinə çalışmaq zəruridir”, - deyə o bildirib.