» » » Tikilməkdə olan metro stansiyası ərazisində yanğın - YENİLƏNİB + VİDEO

Tikilməkdə olan metro stansiyası ərazisində yanğın - YENİLƏNİB + VİDEO

Tikilməkdə olan metro stansiyası ərazisində yanğın - YENİLƏNİB + VİDEO

FHN məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyi Bakıda metro tikintisində baş verən yanğınla bağlı məlumat yayıb.

ucarliyiq.biz FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda tikilməkdə olan metro stansiyaya məxsus fəhlələrin soyunub-geyinmə üçün nəzərdə tutulmuş ümumi sahəsi 67 kv.m olan (hər birinin sahəsi 22,5 kv.m) 3 ədəd vaqonun lambirdən ibarət üzlükləri və digər vaqonun yanar konstruksiyaları qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

00:34

Bakıda metro tikintisində yanğın olub. 
 
ucarliyiq.biz xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, Bakı metrosunun “Bənövşəyi-3” xəttinin tikintisinin getdiyi ərazidə işçilər üçün nəzərdə tutulan vaqonlarda qəfildən yanğın başlayıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb edilib. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Nəsimi Paşayev bildirib ki, yanğının səbəbləri hələlik məlum deyil.

08.02.2016 23:36

Bakı Metropoliteninin inşası davam edən “Memar Əcəmi 2” stansiyası ərazisində yanğın qeydə alınıb. 

ucarliyiq.biz Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Pərviz Musayev məlumat yayıb.

Qeyd edək ki, stansiya tam istismara hazırlaşır. 

Belə ki, “Memar Əcəmi 2”də avadanlıqlar quraşdırılır və abadlıq işləri həyata keçirilir.