» » » Azərbaycanın efir məkanında profilaktika

Azərbaycanın efir məkanında profilaktika

Azərbaycanın efir məkanında profilaktika

Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika işləri aparılır. "Teleradio" İstehsalat Birliyindən verilən əlumata görə,bu səbəbdən bu gün səhər saatlarından etibarən yerli kanalların yayımında məhdudiyyətlər yaranıb. "Kanallarda hər 3 aydan bir profilaktika olur. Bunu avadanlıqların bərkidilməsi, tənzimlənməsi, köklənməsi məqsədi ilə edirik. Günorta saat 15:00-dan sonra kanallara yenidən baxmaq mümkün olacaq".
Kompleks profilaktika işləri ilə əlaqədar bu gün televiziya və radio yayımı saat 06:00-dan işini dayandırıb. Bu işlər bütün avadanlıqların texniki vəziyyətini yoxlamaq üçün nəzərdə tutulub.
Efir sahəsində profilaktika işlərinin cədvəli hər ilin sonunda tərtib edilir və Azərbaycanın bütün teleradio şirkətləri ilə razılaşdırılır.
Azərbaycanın efir məkanında profilaktika

Kanalların profilaktika elanı
Profilaktika - bütün dünyada mövcuddur. Bu, riskli amillərin aradan qaldırılmasına yönəldilmiş hər hansı bir vəziyyətə xəbərdarlıq və ya müxtəlif növ kompleks tədbirlərdir.