» » » Zaqatalada doğum evinin xəstələrdən qəribə tələbi

Zaqatalada doğum evinin xəstələrdən qəribə tələbi

Zaqatalada doğum evinin xəstələrdən qəribə tələbi

Zaqatalada doğum evinin giriş hissəsində yerlesdirilen elan hər kəsin təəccübünə səbəb olub. Ucarliyiq.biz-inbölgə müxbirinin verdiyi məlumata görə, həmin elanda doğum şöbəsinə üz tutan xəstələrə müəyyən dərman və tibbi ləvəzımatları özləri ilə gətirməyin vacib olduğu bildirilir. Xəstələrə özünü tibb işçısı kimi təqdim edən xanım məlumatın baş həkimin tapşırığı əsasında divara vurulduğunu deyir: “Əlbəttə baş həkim deyib, o deməsə bunu vurmağa kimin ixtiyarı var?”
Tibb işçisinin bu lövhənin vurulmnasına baxmayaraq xəstəxanada təchizatın yüksək səviyyədə olduğunu söyləməsi isə orda olan xəstələrin narazılığına səbəb olub.
Zaqatalada doğum evinin xəstələrdən qəribə tələbi

Zaqatala doğum evi
“Niyə elə deyirsiz? Nəinki iynə-dərman, hətta döşək ağı, yastığa qədər özümüz gətirmişik. Siz bizə dediniz heç nəyimiz yoxdur, hər şeyi özünüzlə gətirin, biz də gətirdik.” – deyən xəstələrdən biri öz etirazını bildirir.
“Mən əməliyyat yolu ilə uşaq dünyaya gətirdim. Hər şeyi, narkozu da yoldaşıma aldırdılar.” – deyən digər xəstə Arzu Abdullayeva qeyd edib.
Qeyd olunanlarla bağlı xəstəxananın baş həkimi ilə əlaqə saxlamağa çalışsa da, baş həkim ANS əməkdaşına məlumat verməkdən imtina edib. Sualları cavablandıran doğum şöbəsinin müdiri iynə dərman təchizatının yüksək səviyyədə olduğunu bildirib.
Zaqatalada doğum evinin xəstələrdən qəribə tələbi

Doğum evinin divarından asılmış elan
ANS əməkdaşlarının çəkiliş aparmasından az sonra həmin kağız parçası vurulduğu yerdən götürülb.