» » » Bakıda yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb

Bakıda yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb

Bakıda yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb

Piyadalara xəbərdarlıq edilib.

Bu ilin əvvəlindən indiyədək yol qəzalarında ölənlərin 50 faizi piyada vurması nəticəsində dünyasını dəyişənlərdir.

ucarliyiq.biz-ın xəbərinə görə, bunu “Report”a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib.

V.Əsədov əlavə edib ki, bu müddət ərzində piyada vurması ilə nəticələnən 21 yol nəqliyyat hadisəsi baş verib və bu hadisələr zamanı 5 nəfər ölüb 16 nəfər xəsarət alıb.

“Bu da ciddi narahatçılıq doğurur. Buna görə də Bakıda yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb. Piyada keçidləri ətrafında gücləndirilmiş xidmət təşkil olunub”, - deyə V.Əsədov bildirib.

Bölmə rəisi əlavə edib ki, ilin əvvəlindən indiyədək 11 min piyada saxlanılaraq məsuliyyətə cəlb edilib.

“Piyadaların həyat və sağlamlıqlarının qorunması vacib şərtdir. Bu istiqamətdə təsirli tədbirlər davam etdiriləcək. Bir daha piyadalara xəbərdarlıq edirik ki, diqqətli olun, yolu keçərkən tələsməyin, işıqforun tələblərinə uyğun hərəkət edin, xüsusi ilə günün qaranlıq vaxlarında geyimlərin üzərində işıqqaytarıcıların olmasına üstünlük verin”, - deyə V.Əsədov qeyd edib.