» » » Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunacaq – FOTO

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunacaq – FOTO

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunacaq – FOTO

IDEA İctimai Birliyinin təşkilatçılığı ilə.

13 fevral tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim baş tutacaqdır.

ucarliyiq.biz xəbər verir ki, uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan Laboratoriyanın fevral təlimi “təbiətə sevgi” mövzusunda həsr olunacaqdır.

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunacaq – FOTO

Təlim zamanı “kiçik ekoloq”lara vəhşi təbiət, ekosistem, heyvanların təsnifatı, heyvanların nəslinin tükənməsi, qida zənciri və s. barədə geniş məlumat veriləcək, onlara heyvanlar barədə maraqlı faktlar izah olunacaqdır.

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etməklə yanaşı, “Sevgililər günü” münasibətilə analarına hədiyyə etmək üçün müxtəlif materiallardan istifadə etməklə kiçik “sənət əsərləri” də düzəldəcəklər.

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunacaq – FOTO

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunacaq fevral laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, onların kiçik yaşlardan təbiəti daha yaxşı qavramalarına töhfə verəcəkdir.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.