» » » Qusarda yeni zavodlar açıla bilər (FOTO)

Qusarda yeni zavodlar açıla bilər (FOTO)

Qusarda yeni zavodlar açıla bilər (FOTO)

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün Qusarda ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə bir sıra məsələlər qaldırılıb.
Sərhəd Qoşunları Komandanı son vaxtlar ölkədə aparılan iqtisadi islahatlardan, bu sahədə yaranan çətinliklərin aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı danışıb. Görüşdə sahibkarlar onları narahat edən problemlərin həllində dövlətdən kömək istəyiblər.
Çıxışlarda rayonda yeni emal müəssisələrinin yaradılması, sovet dövründən qalan 2 konserv zavodunun bərpa edilməsi, aqro, logistik bazaların, azad iqtisadi zonanın yaradılması, şimal bölgəsində aqrar universitetin filialının açılması təklif edilib.
Elçin Quliyevdən Qusarda Həzrə-Sudur kənd yolunun təmir edilməsində, bir müddət fəaliyyət göstərmiş kosmik zavodun fəaliyyətinin bərpasında köməklik göstərməsi xahiş edilib.
Qusarda yeni zavodlar açıla bilər (FOTO)

Qusarda yeni zavodlar açıla bilər (FOTO)

DSX-nin rəisi qaldırılan bütün məsələ və problemlərin məruzə şəklində hökumətə təqdim ediləcəyini, prezidentin diqqətinə çatdırılacağını deyib. Onun sözlərinə görə, qaldırılan məsələlərlə bağlı Kənd Təsərrüfatı, Müdafiə Sənayesi nazirliklərinə məktub göndəriləcək, qaldırılan məsələlərin əksəriyyətinin imkan daxilində həllinə çalışılacaq. Prezident İlham Əliyevin Qusara yeni çəkilən Həzrə-Zuxul yolunun açlışında şəxsən iştirak etdiyini xatırladan DSX-nin rəisi Həzrə-Sudur yolunun yenilənməsini də vacib sayır.
Qusarın icra başçısı Şair Alxasov da qaldırılan məsələlərin həllində maraqlı olduqlarını deyib.
Qusarda yeni zavodlar açıla bilər (FOTO)