» » » Bakıda çay evi qumarxana çıxdı (FOTO)

Bakıda çay evi qumarxana çıxdı (FOTO)

Bakıda çay evi qumarxana çıxdı (FOTO)

"Çay evi" adı ilə fəaliyyət göstərən qumarxana ifşa edildi. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən çay evlərindən birində qumarxana aşkar edilib.
DİN-dən verilən əlumata görə,Baş İdarəyə daxil olmuş məlumat əsasında paytaxtın Binəqədi rayonu ərazisindəki "Samovar" çay evində qumar oyunları keçirilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə qumar oyunlarını təşkil edən və iştirakçı olan 5 nəfər saxlanılıb.
Baxış zamanı oradan "poker" oyun kartları, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb.
Bakıda çay evi qumarxana çıxdı (FOTO)

"Çay evi"ndən tapılan pullar
Araşdırmalarla obyektin gündüzlər çay evi, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərməsi, həmçinin Ağcabədi rayon sakini Alxas Abbasovun Yevlax rayon sakini Fazil Səfərəliyevlə əlbir olaraq bir neçə aydır ki, orada belə qanunsuz fəaliyyətlə məşğul olmaları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda çay evi qumarxana çıxdı (FOTO)

Saxlanılan şəxslər