» » » “AvtoFM” gəncləri işə dəvət edir – AUDİO

“AvtoFM” gəncləri işə dəvət edir – AUDİO

“AvtoFM” gəncləri işə dəvət edir – AUDİO

Vakansiyalar üçün namizədlərin təcrübəyə malik olması vacib deyil

2013-cü ildən fəaliyyət göstərən “AvtoFM” radiosu gəncləri aparıcı və prodüser vəzifəsinə işə dəvət edir.

Aparıcı vəzifəsi üçün müraciət edən namizədlərdən qüsursuz nitq, canlı efirdə işləmək bacarığı, mükəmməl Azərbaycan dilini bilməsi tələb olunur.

Prodüser vəzifəsi üçün müraciət edən namizədlərdən Azərbaycan, ingilis və rus dillərindən istifadə bacarığı, müxtəlif məzmunlu mətnlərin hazırlanması, müasir musiqi haqqında məlumatlı olması tələb olunur.

Vakansiyalar üçün namizədlərin təcrübəyə malik olması vacib deyil.

Namizədlər üçün yaradıcı potensialını inkişaf etdirmək, karyerada irəliləyiş əldə etmək üçün əlverişli şərait yaradan “AvtoFM” radiosu səsinə, eləcə də bacarığına güvənən kreativ gənclərin yolunu gözləyir.  

Maraqlananlar CV-lərini info@avtofm.az ünvanına göndərə bilərlər.