» » » Bakıda doğuş zamanı ana ölümünün səbəbi bilindi

Bakıda doğuş zamanı ana ölümünün səbəbi bilindi

Bakıda doğuş zamanı ana ölümünün səbəbi bilindi

"Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişən iki uşağı olan ananın "donuz qripi"nə tutulması barədə olan məlumatlar yanlışdır".
Ucarliyiq.biz xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib. Onun sözlərinə görə, dünyasını dəyişən ana "donuz qripi" olmayıb.
"Anada ağır ağciyər xəstəliyi olub. O, pnevmaniyadan dünyasını dəyişib. "Donuz qripi" isə bizim ölkəmizdə heç kimdə aşkar olunmayıb", - deyə qurum rəsmisi bildirib.
Bakıda doğuş zamanı ana ölümünün səbəbi bilindi

Qeyd edək ki, ötən gün Beyləqan rayon Nil qəsəbəsi sakini, 1986-cı il təvəllüdlü Xanəliyeva Elnurə Elman qızı doğuşdan sonra dünyasını dəyişib. Xəstənin yaxınlarının ANS-ə verdiyi məlumata görə, qripə yoluxmuş 8 aylıq hamilə qadın bir neçə gün öncə 3 saylı şəhər xəstəxanasına aparılıb. Xəstənin yaxınları iddia edirlər ki, həkimlər heç bir müayinə aparmadan xəstəni qeysəriyə əməliyyatı ediblər. Uşaq sağlam doğulsa da, ananın ağ ciyərlərində problem yaranıb. İki gün komada qalan Elnurə Xanəliyeva gecə saatlarında vəfat edib.
Bakıda doğuş zamanı ana ölümünün səbəbi bilindi

Xəstəxanadan isə bildirdilər ki, həkimlər bütün lazımi müdaxiləni ediblər. Lakin qadın infeksiyaya yoluxduğundan onu həyatda saxlamaq mümkün olmayıb.
Elnurə Xanəliyeva iki uşaq anası olub və əvvəlki övladlarını təbii doğuşla dünyaya gətirib.