» » » Azərbaycanda 20-dən çox əcnəbi saxlanıldı

Azərbaycanda 20-dən çox əcnəbi saxlanıldı

Azərbaycanda 20-dən çox əcnəbi saxlanıldı

Xidmət məlumat yaydı.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri nəticəsində 20 nəfər Banqladeş, 5 nəfər Pakistan və 3 nəfər Özbəkistan vətəndaşı saxlanılıb. 

Bu barədə Xidmətdən ucarliyiq.biz-a bildirilib. 

“Araşdırma zamanı Banqladeş vətəndaşları Nahid Neovaz və digərlərinin Azərbaycan-İran-Türkiyə-Avropa marşrutu üzrə qanunsuz miqrasiyanı təşkil etdikləri müəyyən olunub”, - deyə Xidmətdən bildirilib. 

Qanunsuz miqrasiya ilə bağlı aşkar edilmiş faktlar üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.