» » » Bakıda qadın doğuşdan sonra pnevmaniyadan öldü

Bakıda qadın doğuşdan sonra pnevmaniyadan öldü

Bakıda qadın doğuşdan sonra pnevmaniyadan öldü

Səhiyyə Nazirliyi məlumat yaydı.

Səhiyyə Nazirliyi Beyləqan rayon Nil qəsəbəsi sakini, 1986-cı il təvəllüdlü iki uşaq anası Xanəliyeva Elnurə Elman qızının doğuşdan sonra ölməsi ilə bağlı açıqlama yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata əsasən, fevralın 5-də Beyləqan rayon sakini, Binə qəsəbəsində kirayədə qalan 1986-cı il təvəllüdlü Xanəliyeva Elnurə Elman qızı 3-cü hamiləliklə ağır kritik vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanaya yerləşdirilib. 

"Ağır vəziyyətdə, kəskin tənəffüs çatışmazlığı, respirator xəstəliyi ilə gətirilən hamiləyə dərhal bütün lazımi müayinələr aparılıb. 

Müayinələr zamanı yaxınları xanımın 20-25 gündən daxil olan günə kimi kəskin respirator infeksiyaya yoluxduğunu və yalnız ev şəraitində müalicə ilə kifayətləndiyi qeyd ediblər.

Ananın və körpənin həyatını xilas etmək məqsədi ilə operativ konsiliumdan dərhal sonra hamiləyə qeysəriyyə əməliyyatı icra olunub. Diri döl, oğlan uşağı xaric edilib.

Məlumata əsasən, anaya bütün reanimasiya və intensiv terapiya tədbirləri aparılıb, konsultasiyalar təşkil olunub, respublikanın baş anestezioloq–reanimotoloqu və pulmonoloqlar tərəfindən, habelə, taun əleyhinə dispanserin laborotar müayinəsi aparılıb, nümunələr götürülüb. 

Lakin xəstənin çox ağır və gecikmiş vəziyyətdə olması, iki həftədən artıq ev şəraitində kəskin respirator xəstəliklə müalicəsiz qalması ağ ciyərlərin pnevmoniyasına, kəskin tənəffüs çatışmazlığına gətirib çıxarıb ki, bu da öz növbəsində fevralın 9-da hamilə xanımın dünyasını dəyişməsinə səbəb olub", - deyə, nazirlikdən bildiriblər.