» » » Bezdirici SMS-lərdən xilas yolu - VİDEO

Bezdirici SMS-lərdən xilas yolu - VİDEO

Bezdirici SMS-lərdən xilas yolu - VİDEO

Ekspert çıxış yolu göstərdi.

Müştəri xəbəri və birbaşa razılığı olmadan müxtəlif kampaniyalara qoşulur və balansından müəyyən məbləğ tutulur.

ucarliyiq.biz-ın Xezerxeber-ə istinadən məlumatına görə, bəzi şirkətlər mobil telefon istifadəçilərini müxtəlif kampaniyalara qoşmaqla özünün daimi abunəçisinə çevirir. Müştərilər isə bundan əsasən qısa nömrələrdən göndərilən SMS-lərlə xəbər tutsalar da, artıq iş-işdən keçmiş olur.

Maraqlıdır ki, belə vəziyyətlərdə müştərinin kompaniyaya qoşulmaq istəyib-istəmədiyi açıq ifadələrlə soruşulmur. Adətən isə müştəri telefonunda hansısa videoya baxdıqda özü də bilmədən müəyyən əyləncə xidmətlərinə abunə edilir və bunun müqabilində balansından pul silinir.

Ekspertlər deyirlər ki, şirkətlər bir çox hallarda bunu kontent provayderlər vasitəsilə həyata keçirirlər.

Xarici təcrübədə isə müştəriyə hansısa kampaniyaya qoşulması ilə bağlı əvvəlcədən xəbərdarlıq edilir.

Bəs belə mesajların göndərilməsinin qarşısını necə almaq olar? İlkin olaraq belə mesajlara cavab kimi STOP yazıb göndərmək mümkündür. Ancaq bu, mütəmadi hal alarsa, onda aidiyyəti qurumlara müraciət olunmalıdır.

Ekspert Osman Gündüz bu problemdən çıxış yollarını göstərib: