» » » Vladimir Putin azərbaycanlı veteranı təbrik etdi – FOTO

Vladimir Putin azərbaycanlı veteranı təbrik etdi – FOTO

Vladimir Putin azərbaycanlı veteranı təbrik etdi – FOTO

İgidliyə görə II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilib.

Rusiyanın Osinniki şəhərində (Kuzbas) yaşayan Böyük Vətən müharibəsi veteranı Varahmatulla Mərziyev prezident Vladimir Putin, qubernator Aman Tuleyev və şəhər rəhbəri İqor Romanov tərəfindən 95 illiyi münasibəti ilə təbrik alıb.

ucarliyiq.biz “Vestikavkaza” istinadən xəbər verir ki, onların xoş arzularını cəbhəçiyə yerli şəhər şurasının rəhbəri Aleksandr Bıkov çatdırıb.

Varahmatulla Mərziyev Azərbaycan SSR-nin Şamaxı qəzasının (Hazırda Azərbaycanın Şamaxı rayonu) Arçeman kəndində dünyaya gəlib. O, 1941-ci ildə orduya çağırılıb və Qudermes qoşun hissəsinin təlim batalyonunda xidmətdən sonra 1942-ci ilin iyulunda cəbhəyə gedib.

Çox keçmədən onun olduğu hərbi hissə dağılıb, o özü isə əsir düşüb. Mərziyəv ilk günlərdə Almaniyada olub, sonra isə İtaliyaya göndərilib. Növbəti köçürülmə mərhələsində həmyerlimiz əsirlikdən qaçıb və Yuqoslaviya partizanlarına qoşulub. Həmyerlimiz onlarla birgə 1944-cü ilədək düşmənlə mübarizə aparıb. Həmin il Böyük Britaniya tərəfindən Sovet İttifaqına göndərilib.

O, tərxis olunduqdan sonra 1944-cü ilin oktyabrında Osinniki şəhərinə gedib, mədəndə çalışıb.

Mərziyev igidliyə görə II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilib. Bundan başqa o, II və III dərəcəli “Şaxtyorskaya slava” (Şaxtaçı şöhrəti) nişanlarına, “Sosialist yarışının qalibi” adına və digər mükafatlara layiq görülüb. Kemerovo vilayətinin informasiya portalı məlumat yayıb. 

Vladimir Putin azərbaycanlı veteranı təbrik etdi – FOTO