» » » Azərbaycanda qanunsuz ov edənlər saxlanıldı

Azərbaycanda qanunsuz ov edənlər saxlanıldı

Azərbaycanda qanunsuz ov edənlər saxlanıldı

Nazirlik bu istiqamətdə reydlərini davam etdirir.

2016-cı ilin yanvar ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb. 

Bu barədə nazirlikdən ucarliyiq.biz-ə bildirilib.

“Onlardan 43 ədəd ov tüfəngi və 202 ədəd patron maddi sübut kimi götürülüb. 41 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq hər biri 1000 manat olmaqla, ümumilikdə 41000 manat məbləğində cərimə tətbiq edilib. 

Sənəd təqdim etməyən 7 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub”, - deyə nazirlikdən qeyd edilib. 

Nazirlikdən həmçinin bildirilib ki, qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.