» » » “Rus-Azərbaycan Evi” üçilliyini qeyd etdi – FOTO

“Rus-Azərbaycan Evi” üçilliyini qeyd etdi – FOTO

“Rus-Azərbaycan Evi” üçilliyini qeyd etdi – FOTO

Təşkilatın əsas vəzifəsi əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsidir.

“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatı fevral ayının 4-də fəaliyyətə başlamasının üçilliyini qeyd etdi.

ucarliyiq.biz xəbər verir ki, üçillik fəaliyyət ərzində təşkilat böyük nailiyyətlər əldə edib.

Tədbirin fəxri qonağı Azərbayca Respublikasının Yekaterinburqdakı konsulu Mahmud Əhmədov olub.

Sibir İdarəçilik İnstitutunun Akt zalında keçirilən tədbirə 200 nəfərdən çox qonaq toplaşıb.

Tədbirdə şəhər hakimiyyəti və administrasiyasının nümayəndələri də iştirak ediblər. Fəxri qonaqlar arasında – şəhərin vitse-meri Zaxarov Gennadi Pavloviç, Regional siyasət nazirinin müavini Şibayeva Svetlana Semenovna, Fransanın Novosibirsk şəhərindəki fəxri konsulu Qriqori Miloqulov da olub.

Təntənəli tədbir təşkilatın üçillik fəaliyyətini əks etdirən filmin nümayişi ilə açılıb.

Rəsmi hissə təşkilatın, Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı və möhkəmləndirilməsi sahəsində səylərini əsirgəməyən, fəal üzvlərinin fəxri fərman və təşəkkürnamələr ilə mükafatlandırılmasından ibarət olub.

Tədbir “Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatının və Novosibirsk artistlərinin iştirak etdiyi konsert proqramı ilə davam edib.

İctimai Təşkilat 2013-cü ilin fevral ayının 1-də Azərbaycan və Rusiya xalqlarının nümayəndələrindən ibarət təşəbbüs qrupunun qərarı ilə yaradılıb.

Təntənəli açılış mərasimi Novosibirsk şəhərində Ekspomərkəzdə keçirilib, ictimai təşkilat bələdiyyə və vilayətin hakimiyyət orqanları tərəfindən dəstəklənib.

“Rus-Azərbaycan Evi”nin əsas vəzifəsi Rusiya və Azərbaycan arasında uzun əsrlər boyu sürən dostluğun möhkəmləndirilməsi, mədəni əlaqələrin və beynəlxalq münasibətlərin inkişaf etdirilməsidir.