» » » Azərbaycanda ali məktəblər üçün yeni qiymətləndirmə mexanizmi hazırlanır

Azərbaycanda ali məktəblər üçün yeni qiymətləndirmə mexanizmi hazırlanır

Azərbaycanda ali məktəblər üçün yeni qiymətləndirmə mexanizmi hazırlanır

Mikayıl Cabbarov açıqlama verib.

Hazırda müasir akademik kursun Azərbaycanın ali təhsil müəssisələrində tətbiqinə başlanılır. 

ucarliyiq.biz xəbər verir ki, bu sözləri “Sabahın alimləri 5-ci Respublika Müsabiqəsi”nin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib.

“Ali təhsil müəssisələrinin fəaliyyət göstəricilərinin ölçülməsi üçün yalnız kəmiyyət, təhsil alan tələbələrin sayı deyil, ali məktəblərin elmi naliyyətləri, məzunlarının əldə etdiyi uğurlar, təhsil müəssisələrinin verə biləcəyi töhfələrin qiymətləndirilməsi bu istiqamətdə ali məktəbləri təşviq etmək üçün mexanizmlər hazırlanır”. 

“Düşünürük ki, bu ali təhsil müəssisələrinin fəaliyyəti üçün faydalı olacaq”, - deyə nazir əlavə edib.