» » » Cərimələrlə bağlı qaydalar dəyişdirilir - VİDEO

Cərimələrlə bağlı qaydalar dəyişdirilir - VİDEO

Cərimələrlə bağlı qaydalar dəyişdirilir - VİDEO

Sürücülərin diqqətinə!

Sürət həddini müxtəlif dərəcədə aşmağa görə fərqli cərimələr mövcuddur. Tutaq ki, yolda sürət həddi saatda 60 km nəzərdə tutulub, amma sürücü həmin yolda 80 km/sürətlə hərəkət edib. Yəni 20 km/saat çox. Köhnə qaydalardakı boşluğa görə bu pozuntu ilə bağlı  sürücüyə ya 10 manat, ya da 50 manat və 2 bal cərimə tətbiq edilə bilərdi. Mayın 1-dən tətbiq ediləcək qaydalar bu ziddiyyətə son qoyacaq.

ucarliyiq.biz-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, yollarda müəyyən olunmuş sürət həddini aşmağa görə sürücülərin cərimələnmə mexanizmi dəyişir.

Hazırki İnzibati Xətalar Məcəlləsi qoyulmuş sürət həddini 4 dərəcədə aşmağa görə məsuliyyət müəyyən edir.

Bu qaydalar bəzi hallarda cərimənin miqdarı ilə bağlı polislə sürücülər arasında mübahisələrə səbəb olurdu.

Mayın 1-də qüvvəyə minəcək yeni qaydalar isə mübahisələrə son qoyacaq.