» » » İnternetə görə ödədəyiniz pul sürətə dəyirmi? - VİDEO

İnternetə görə ödədəyiniz pul sürətə dəyirmi? - VİDEO

İnternetə görə ödədəyiniz pul sürətə dəyirmi? - VİDEO

Müştərilər aldadılır.

Bəzi provayderlər istifadəçilərə müqavilədə göstərilən sürətdən aşağı internet verirlər. Məsələn, aylıq 20 manata 8 meqabit/saniyə internet sürəti vəd edirlərsə, istifadə zamanı sürət aşağı olur. Yəni müştərilər aldadılır. Bəs səbəb və çıxış yolu nədir?

ucarliyiq.biz-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, bir çox ölkədə provayderlər internet xidməti təklif edərkən əvvəlcədən 1 ay və ya 40 gün sınaq müddəti verir. 

Müştəri razı qalmadıqda ödəniş etmədən başqa provayderlərə müraciət edə bilir. Azərbaycanda isə provayderdən narazı qalanlar xidmətdən imtina etdikdə bəzi problemlərlə qarşılaşırlar.

Provayderlər isə problemlərin istifadəçilərdən qaynaqlandıqlarını bildirirlər.

Provayderlərin vəd etdikləri sürətdə internet əldə edə bilməyənlər Rabitə və Yüksək Texnologiyalar, eləcə də İqtisadiyyat Nazirliklərinin nəzdindəki müvafiq idarələrə şikayət də edə bilərlər.