» » » Azərbaycanda bu kolleclər birləşdi

Azərbaycanda bu kolleclər birləşdi

Azərbaycanda bu kolleclər birləşdi

Nazirlər Kabineti məlumat yaydı.

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib. 

Bu barədə ucarliyiq.biz Nazirlər Kabinetinə istinadən xəbər verir. 

Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi KolleciŞuşa Humanitar Kollecinə qoşulub.

Məlumata görə, Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb. 

Təhsil Nazirliyi bu qərarın icrası ilə əlaqədar qənaət edilən maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazadan təhsil sisteminin məqsədləri üçün istifadə olunmasını təmin etməlidir.

Eyni zamanda  Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi orta ixtisas təhsili müəssisələrinin maliyyələşdirilməsinin təkmilləşdirilməsinə dair təkliflərini 2 ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.