» » » Azərbaycanda ən çox bu rayonların sakinləri şikayət edirlər – SİYAHI

Azərbaycanda ən çox bu rayonların sakinləri şikayət edirlər – SİYAHI

Azərbaycanda ən çox bu rayonların sakinləri şikayət edirlər – SİYAHI

Prezident Administrasiyasının rəsmisi məqalə yazıb.

Prezident Administrasiyasına daxil olan müraciətlərin sayının təhlili göstərir ki, bir sıra şəhər və rayonlardan əvvəlki illə müqayisədə müraciətlərin sayı müəyyən qədər artıb.

Bu baxımdan, Bakı şəhərinin bəzi rayonlarını, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Göygöl, Laçın, Lerik, Neftçala, Salyan, Tovuz, Yardımlı, digər şəhər və rayonları göstərmək olar.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov yeni məqaləsində bildirib.

O qeyd edib ki, müraciətlərin sayının əvvəlki ilə nisbətən azaldığı rayonlar Bakı şəhərinin ayrı-ayrı rayonları, Cəbrayıl, Füzuli, Kəngərli, Kürdəmir, Ordubad, Sədərək, Şahbuz, Şuşa, Zaqatala, Zəngilan, başqa şəhər və rayonlardır: 

“Respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərin sayı öyrənilərkən, bir qayda olaraq, hər 1000 nəfərə düşən müraciətlərin sayı maraq doğurur. Çünki bu göstərici real mənzərəni daha yaxşı əks etdirir. Bu baxımdan əhalinin hər 1000 nəfərindən Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı orta respublika göstəricisinə nisbətən 2015-ci ildə Bakı şəhəri və onun Xəzər, Qaradağ rayonlarından, Mingəçevir, Naftalan, Beyləqan, Bərdə, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan yüksək olub”.