» » » Prezident Administrasiyasının “qara siyahı”sına düşən vətəndaşlar – SİYAHI

Prezident Administrasiyasının “qara siyahı”sına düşən vətəndaşlar – SİYAHI

Prezident Administrasiyasının “qara siyahı”sına düşən vətəndaşlar – SİYAHI

Ən çox “səy göstərənlərin” sayı açıqlandı.

Təkrar müraciətlərin sayının çox olmasının digər səbəbi isə bu işdə “səy göstərən” vətəndaşlardır və onlar ötən il də fəal olmuşlar.

Onlardan bəziləri müntəzəm və çox vaxt da əsassız müraciətlər yazmaqda davam edir və bu ənənəni neçə ildir ki, qoruyub saxlayırlar.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov yeni məqaləsində bildirib.

Buna misal olaraq, Binəqədidən Roza Hümbətova və Zərbani Ağayevanı, Xətaidən Elman Heydərovu, Qönçə Səmədovanı, Nərimanovdan Kamran Rəcəbovu və Rəşad Səlimlini,Nəsimidən Sevda Hüseynova və Oqtay Əliyevi, Sabunçudan Olqa Smolyaninovanı,Səbaildən Akif Əliyev və Alya Təmrazovanı, Yasamaldan Sevda Süleymanova, Yelena Yusifova, Emil Qasımov və Susanna İslamzadəni, Lənkərandan Nazim Məmmədovu,Mingəçevirdən Kifayət Məmmədovanı, Abşerondan Tural Əhmədov və Lətifə Zeynəddinovanı, Ağdamdan Rövşən Şıxıyevi misal göstərmək olar. 

Bundan başqa, Biləsuvardan Şəhla Məmmədovanı,Goranboydan Qinyaz Süleymanov, Tofiq Həsənzadə və Fəxrəddin Həsənovu, KürdəmirdənSaməddin Süleymanov və Rüstəm Rəsulovu, Laçından Xanlar Tarıverdiyevi, Lerikdən Fərman Rəhimovu, Masallıdan Şahid Əliyev, Nərgiz Əmirovanı və başqalarını göstərmək olar. 

“Adları çəkilən şəxslər Prezident Administrasiyasında müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən dəfələrlə qəbul olunub və onlara lazımi izahat verilib. 

Ümumiyyətlə, təkrar müraciətlərdən danışarkən qeyd etməliyik ki, onların böyük əksəriyyəti məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyəti, sahibkarlıq, mənzil və məişət məsələləri barəsindədir. Belə müraciətlərin olmaması üçün əsas vasitə vətəndaşın xahiş və ya tələbinin hüquqi cəhətdən nə dərəcədə doğru olduğunu ona lazımınca izah etməkdir”, - deyə Administrasiyanın rəsmisi qeyd edib. 


  1. Intiqam 8 may 2016 18:02


    Mən Məmmədov İntiqam Ağaqulu oğlu,sizin sayt vasitəsi ilə Suleyman muəllimə bildirmək istəyirəmki,mən ona pozulmuş huquqlarımın bərpası uçun ilk dəfədirki muraciət edirəm.Beləki,iki ay olar mən Azərsığorta şirkətinin sığortalısının,butun sənədlərdə təsdiqini tapmış və özunun rəsmi etiraf etdiyi təqsiri səbəbindən,zəruri tədbirlər görərək və baş vermiş yol nəqliyyat hadisəsinin ağırlıq dərəcəsini və insan xəsarətinin qarşısını alaraq,kiçik vəsait tələb edən nəqliyyat hadisəsi törətmişəm.Mən hadisəni araşdıran ekspertlər və yol polisi əməkdaşları tərəfindən ziyan çəkmiş şəxs kimi tanınmışam.Təqdim etdiyim rəsmi aktda mənə dəymiş maddi ziyan 550azn məbləğində göstərilmiş və Azərsığortanın ekspertləri tərəfindən qəbul olunmuşdur. Ancaq mənə ödəniləcək məbləğ,suni maneələr törədilərək,nədənsə tam həcmdə yox, azaldılaraq,mənim hesabıma 310azn məbləğində köçurulmuşdur.Bu isə mənim avtomobilimin təmirinə yetərli deyil.Bu haqda mən şirkətin sədri Məmməd muəllimə,avtomobil sığortası departamentinin direktoruna,Sığorta nəzarəti xidmətinə həm elektron,həmdə departamentə gedərək,yazılı şikayətimi bildirmişəm. 08.05.2016-cı ildə mən şirkətin sədr muavini Aftandil muəllim kəsir məbləğin ödənilməsi uçun əsas olmadığına görə,yerinə yetirilməsi mumkun olmadığını rəsmi bildirilmişdir.Mən tam məsuliyyətlə bildirirəmki,bu cavab əsaslandırılmamış və həqiqəti əks etdirməyən,vəsaiti tam həcmdə ödəməkdən yayınmaq uçun,cavab xatirinə verilmiş bir cavabdır.Mənim qanuni şikayətlərim onları qıcıqlandırdığına görə onlar ödənişi tam həcmdə ödəməkdən yayınırlar.Mənim hesabıma köçurulmuş 310azn-i almamışam və mənim avtomobilim iki aydırki,istismara yararsız vəziyyətdədir.Mən elə bu gun Aftandil muəllimə elektron muraciət edərək, bildirmişəmki,mən ödəniləcək məbləğdən imtina edirəm və avtomobilimin təmir olunmasını tələb edirəm.Onların hərəkət [hərəkətsizlik]ləri ən azından ədalətsizlik və istehlakçı huquqlarının burokratik əngəlliklər törədilərək,kobud surətdə pozulması deməkdir.Odurki saytın baş redaktorundan çox xahiş edirəmki,mənim ədalətli tələbimin aidiyyatı orqanlara çatdırılması və musbət həlli uçun köməklik etsinlər. Edəcəyiniz köməkliyə görə sizlərə öz dərin təşəkkurumu bildirirəm.Çox sağ olun.