» » » Kolleclərin birləşməsi müəllimlərin fəaliyyətinə təsir etməyəcək

Kolleclərin birləşməsi müəllimlərin fəaliyyətinə təsir etməyəcək

Kolleclərin birləşməsi müəllimlərin fəaliyyətinə təsir etməyəcək

Nazirlik rəsmisi açıqlama verdi.

Azərbaycanda 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib

ucarliyiq.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması nəticəsində tələbələrin sayı azalmadığına görə müəllimlərin dərs yükü mövcud səviyyədə qalacaq.

“Beləliklə, qəbul edilmiş qərar müəllimlərin fəaliyyətinə mənfi təsir etməyəcək”.

C. Valehov bildirib ki, orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması bu təhsil pilləsində kadr hazırlığının səmərə və keyfiyyətinin yüksəldilməsinə, müasir təhsil sisteminin tələblərinin cavab verməsinə xidmət edir.