» » » Azərbaycanda digər universitetlər birləşdiriləcək?

Azərbaycanda digər universitetlər birləşdiriləcək?

Azərbaycanda digər universitetlər birləşdiriləcək?

Nazirliyin rəsmisi məsələyə aydınlıq gətirib.

Təxminən bir neçə ay bundan öncə Təhsil Nazirliyi Texniki, eyni zamanda Dövlət İqtisad Universitetinə bir neçə orta ixtisas müəssisələrinin onların nəzdinə verilməsi ilə bağlı qərarı olub.

Rabitə və Nəqliyyat Kolleci Texniki Universistetin nəzdinə, Maliyyə İqtisad Kolleci isə Dövlət İqtisad Universitetinin nəzdinə verildi. Bundan da başqa, bir neçə ay bundan öncə, Azərbaycan Müəllimlər Universisteti Azərbaycan Pedaqoji Universitetinə birləşdirilib. Bu proses artıq başlayıb.

ucarliyiq.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.

“Gələcəkdə digər ali təhsil müəssisələrinin birləşdirilməsi ilə bağlı suala gəldikdə isə bu planlar ilə bağlı nəsə qeyd etmək doğru olmazdı”, - deyə C.Valehov qeyd edib.

“Burda söhbət infrastrukturdan deyil, eyni zamanda keyfiyyətin yüksəldilməsindən gedir. Yəni, əgər bir orta ixtisas təhsil müəssisəsində tələbə daha keyfiyyətli təhsil ala bilmir, maddi çağırışlarla qarşılaşaraq öz biliyini artıra bilmirsə, bunun üçün onun daha ciddi, daha innovativ təhsil müəssisəsi ilə əlaqələndirilməsinə ehtiyac var”, - deyə nazirliyin rəsmisi əlavə edib.