» » » Avtobus sürücülərinə yaş məhdudiyyəti qoyuldu

Avtobus sürücülərinə yaş məhdudiyyəti qoyuldu

Avtobus sürücülərinə yaş məhdudiyyəti qoyuldu

Azərbaycanda avtobus sərnişin daşımaları ilə bağlı sürücülərə qoyulan tələblər dəyişdirilib. Azərbaycanda avtobus sürücüləri üçün tələb olunan yaş həddi tələbinə məhdudiyyət qoyulması ilə bağlı layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
İndi avtobuslarda sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən, "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürüclük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır.
Dəyişiklikdən sonra isə avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), eləcə də "D, E" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, (yaşı 25-dən az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılacaq.
Dəyişikliklə bağlı layihə səsverməyə qoyularaq qəbul edilib.