» » » “Baku Corner”dən Sevgililər Günü kampaniyaları

“Baku Corner”dən Sevgililər Günü kampaniyaları

“Baku Corner”dən Sevgililər Günü kampaniyaları

Leyla Əliyevanın təşəbbüsü ilə.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Baku Corner” Sevgililər Günü münasibətilə kampaniyalara başlayıb.

“Hisslərini ifadə et” və “O-nun üçün hədiyyə qazan” kampaniyaları feysbuk və instaqram sosial şəbəkələrində elan olunduqları gündən etibarən ictimaiyyətin geniş marağına səbəb olub.

“Hisslərini ifadə et” kampaniyası 5 fevral tarixindən elan edilib və kampaniya müsabiqə xarakteri daşıyır. Belə ki, “Baku Corner”in rəsmi feysbuk və instaqram səhifələrində Leyla Əliyevaya məxsus rəsm əsərinin əks olunduğu telefon üzlüyünün fotoşəkli paylaşılıb. Kampaniyanın şərtlərinə görə həmin üzlükdəki rəsmi kim öz sözləri ilə daha gözəl ifadə edərsə, ona “Baku Corner” tərəfindən xüsusi hədiyyə təqdim olunacaqdır.
Sevgililər günü ərəfəsində bütün kampaniyaların məhz cütlüklərə aid edilməsini nəzərə alaraq “Baku Corner” 9 fevral tarixindən etibarən həm sevgilisi olan, həm də olmayan şəxslərə şamil edilən “O-nun üçün hədiyyə qazan” kampaniyasına başlayıb.

Belə ki, rəsmi feysbuk və instaqram səhifələrində telefon üzlüklərinin nümayiş olunduğu videoçarx paylaşılıb. Şərtlərə əsasən paylaşımın rəy bölməsinə hər kəs çox sevdiyi birinin adını işarələməlidir (tag). Daha sonra, təsadüfi seçmə yolu ilə bir nəfər seçiləcək və işarələdiyi şəxs üçün hədiyyə əldə edəcəkdir. Buraya həm sevdiyiniz şəxsin, həm ətrafınızda sizin üçün dəyərli olan insanların adlarını əlavə edə bilərsiniz.

Qeyd edək ki, 13 noyabr 2015-ci il tarixindən etibarən ictimaiyyətin istifadəsinə təqdim edilmiş “Baku Corner” in əsas məqsədi yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış əl işlərinin satışı üçün platforma yaratmaq və onları geniş ictimaiyyətə çatdırmaqdır.

“Baku Corner” tərəfindən uşaq evləri və internat məktəblərində sığınacaq tapmış azyaşlıların çəkdiyi gözəl rəsm əsərləri də geniş kütləyə nümayiş olunur. Bu da onların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində xüsusi rola malikdir. Bununla yanaşı, məhz insan rifahının yaxşılaşdırılması işini dəstəkləmək məqsədilə Leyla Əliyeva öz incəsənət əsərlərini bu layihəyə bəxş edir.

“Baku Corner”in yüksək keyfiyyətə, təkrarolunmaz görünüşə malik olan və daim alıcıların zövqünü oxşayan məhsulları ilə onun feysbuk, instaqram və rəsmi internet səhifəsindən (www.bakucorner.az, www.facebook.com/bakucorner, www.instagram.com/bakucorner) tanış ola bilərsiniz.