» » » Wi-Fi-lı qatarlarda gedəcəyimiz vaxt açıqlandı

Wi-Fi-lı qatarlarda gedəcəyimiz vaxt açıqlandı

Wi-Fi-lı qatarlarda gedəcəyimiz vaxt açıqlandı

“Azərbaycana Bakı – Tiflis – Qars dəmir yolu işə düşənə kimi 30 ədəd yataq tipli sərnişin vaqonunun gətirilməsi planlaşdırılır”.
Bu sözləri açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycana vaqonlardan 10-u 2016-cı ilin birinci yarısı gətiriləcək.
“Digər 20 vaqon isə Bakı – Tiflis – Qars dəmir yolu fəaliyyətə başlayana qədər Azərbaycana gətiriləcək. Bu istiqamətdə işlər gedir. Gətiriləcək vaqonların tikintisinə başlanılıb”, - deyə qurum rəsmisi qeyd etdi.
Wi-Fi-lı qatarlarda gedəcəyimiz vaxt açıqlandı

Nadir Əzməmmədov - “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri
N.Əzməmmədovun sözlərinə görə, vaqonlar
İsveçrənin “Stadler Rail Group” şirkətindən alınacaq. “Amma bu qatarlar Bakı - Sumqayıt istiqamətində hərəkət edənlərdən fərqlidir. Yəni birmərtəbəli olacaq. Yeni gətirilən qatarlarda geniş salon, Wi-Fi, biznesclass, restoran və digər xidmətlər olacaq. Yataq tipli qatarda 10, 20, 30 nəfərlik yerlər var”, - deyə Nadir Əzməmmədov bildirdi.
Qurum rəsmisi onu də əlavə etdi ki, hazırda beynəlxalq qatarların yenilənməsi prosesi gedir: “Amma gələcəkdə ölkədaxili qatarların yenilənməsi və təmiri həyata keçiriləcək”.
Wi-Fi-lı qatarlarda gedəcəyimiz vaxt açıqlandı

Wi-Fi-lı qatarlarda gedəcəyimiz vaxt açıqlandı

“Stadler Rail Group” şirkətinə məxsus sərnişin qatarları
Son dövrlər Azərbaycanın dəmir yolu nəqliyyatında yeniliklər baş verir. Ötən ilin mayında “Stadler Rail Group” şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş iki ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarları Azərbaycana gətirilib.
Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir. Bu Azərbaycana ilk ikimərtəbəli qatarlardır.
Wi-Fi-lı qatarlarda gedəcəyimiz vaxt açıqlandı

Azərbaycanın dəmir yolları xəritəsi
İkimərtəbəli elektrik qatarları sentyabrın 15-də Bakı - Sumqayıt sərnişin sahəsində istifadəyə verilib. Amma bütün bu yeniliklərə baxmayaraq, hələ ki, dəmir yolu nəqliyyatında problemlər tam həllini tapmayıb. Əsas problemlər qatarların uzun müddət istismarda olması və beynəlxaq standarlara uyğun hərəkət sürətinin olmamasıdır.
Wi-Fi-lı qatarlarda gedəcəyimiz vaxt açıqlandı

Bakı - Sumqayıt qatarı
Hazırda böyük dövlətlər bir – biri ilə ən sürətli qatarların alınması və istehsalı sahəsində rəqabətə giriblər.
Dünyada ən sürətli qatarlar Çin və Yaponiyadadır. Çində Guangzhou ilə Şuhan şəhərlərini arasında xidmət edən qatarın maksimum sürəti isə saatda 394.2 kilometrdir. Super yüksək sürətdəki qatar, 1069 kilometrlik səfəri, təxminən 3 saatda reallaşdırır. Əvvəllər isə bu səfər 10 saatda edilirdi. Türkiyədə də sürət qatarları fəaliyyət göstərir. Hazırda sürət qatarı vasitəsi ilə Ankaradan İstanbulla 3 - 4 saata çatmaq olur. Sürət qatarları beynəlxalq standartlara uyğun bütün xidmətlər göstərir.
Wi-Fi-lı qatarlarda gedəcəyimiz vaxt açıqlandı

Ankara - İstanbulla dəmir yolu xətti
Yəqin ki, yaxın illər ərzində Azərbaycanın da regionları arasında belə sürət qatarları şütüyəcək. Çünki hazırda paytaxt Bakıdan Balakən, Qazax, Astara və digər istiqamətlərə hərəkət edən qatarlarda sürət və xidmət problemi tam həll edilməyib.
Wi-Fi-lı qatarlarda gedəcəyimiz vaxt açıqlandı

Hazırda Azərbaycanda istismarda olan dəmir yolu qatarı