» » » Əli Abbasovun bağ evindən 1 milyon dollar oğurlandı

Əli Abbasovun bağ evindən 1 milyon dollar oğurlandı

Əli Abbasovun bağ evindən 1 milyon dollar oğurlandı

Bu nazirin işdən azad edilməsindən bir neçə həftə sonra baş verib.

Azərbaycanın sabiq rabitə və yüksək texnologiya naziri Əli Abbasovun Goradil qəsəbəsində yerləşən bağ evindən 1 milyon dollar oğurlayıblar.

ucarliyiq.biz xəbər verir ki, haqqin.az bu barədə hüquq-mühafizə oraqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Oğurluq nazirin işdən azad olduqdan bir neçə həftə sonra baş verib.

Məlumata görə, axtarış-istintaq tədbirləri nəticəsində qarətçilər həbs ediliblər.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Əli Abbasovun və digər məsul əməkdaşları simasında əvvəlki rəhbərliyi korrupsiyada ittiham ediliblər. Nazirliyin 20-yə yaxın əməkdaşı həbs edilib, istintaq aparılır.