» » » Bakı-Qazax yolunda ağır qəza: Ölənlər var

Bakı-Qazax yolunda ağır qəza: Ölənlər var

Bakı-Qazax yolunda ağır qəza: Ölənlər var

FHN məlumat yaydı.

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı-Qazax şosesinin 479–cu km-də yol nəqliyyat qəzası barədə məlumat daxil olub.

Qəza zamanı “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb. 

Yanğınsöndürən-xilasedicilər avtomobilin sahibi E.Bəyimov, sərnişin Ş.Əhmədovun meyitini və müxtəlif bədən xəsarətləri alan digər sərnişini avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.