» » » Sinoptiklər istirahət gününə olan hava durumunu açıqladılar

Sinoptiklər istirahət gününə olan hava durumunu açıqladılar

Sinoptiklər istirahət gününə olan hava durumunu açıqladılar

Duman olacaq.

Bakıda və Abşeron yarımadasında fevralın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, sabah paytaxt və yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcəyədək isti olacaq.