» » » Liviya sahillərində göyərtəsində azərbaycanlıların olduğu tanker saxlanıldı

Liviya sahillərində göyərtəsində azərbaycanlıların olduğu tanker saxlanıldı

Liviya sahillərində göyərtəsində azərbaycanlıların olduğu tanker saxlanıldı

Gəmi Tripoliyə aparılıb.

Liviyanın sahil mühafizə xidməti 1,7 milyon litrə yaxın qaçaqmal dizel yanacağı daşıyan Captain Khayyam tankerini saxlayıb və onu ölkənin paytaxtı Tripolidəki dəniz bazasına gətirib, Frans Press xəbər verir.

“Patrul xidmətinin yerinə yetirilməsi zamanı saihl xidməti 1,66 milyon litr dizel yanacağı daşıyan tankeri saxlayıb”, - deyə, Liviya sahil xidmətinin nümayəndəsi Əbu Əcilə bildirib.

O həmçinin əlavə edib ki, gəminin 12 nəfərdən ibarət ekipaj üzvləri də saxlanılıb. Onlar Türkiyə, Azərbaycan və Ukrayna sakinləridir, ucarliyiq.biz RİA “Novosti”yə istinadən xəbər verir.