» » » Bakıda Gürcüstan vətəndaşının meyiti tapıldı

Bakıda Gürcüstan vətəndaşının meyiti tapıldı

Bakıda Gürcüstan vətəndaşının meyiti tapıldı

Araşdırma aparılır.

Fevralın 13-də Bakıda Gürcüstan vətəndaşının meyiti tapılıb.

ucarliyiq.biz lent.az-a istinadən verir ki, Xətai rayon Polis İdarəsi 35-ci Polis İdarəsinə Gürcüstan vətəndaşı, 1954-cü il təvəllüdlü Pudkaridze Amiran Sergeyeviçin İ.İsmayılov küçəsindəki mənzildə vəfat etməsi ilə bağlı məlumat daxil olub. Meyit müayinə olunması üçün ekspertizaya aparılıb.

62 yaşlı Gürcüstan vətəndaşının hansı səbəbdən öldüyü hələlik məlum deyil, araşdırma aparılır.