» » » Aeroport yolunda böyük qəza: Ölən var

Aeroport yolunda böyük qəza: Ölən var

Aeroport yolunda böyük qəza: Ölən var

Faktla bağlı cinayət işi açılıb.

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

ucarliyiq.biz xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Aeroport yolunda “Nissan”, “Mercedes” və “Kia” markalı 3 minik avtomobili toqquşub.

Nəticədə “Kia”nın sərnişini olan 74 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Daha 2 nəfər isə yüngül xəsarət alıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.