» » » Göygöldə meyit tapıldı

Göygöldə meyit tapıldı

Göygöldə meyit tapıldı

Araşdırma aparılır.

Göygöl rayonunda meyit aşkarlanıb. 

ucarliyiq.biz xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayonun Üçtəpə kənd sakinləri kənd ərazisində yaşlı bir kişinin meyitini görərək dərhal polisə məlumat veriblər.

Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin kimliyini müəyyən ediblər.

Məlum olub ki, ölən şəxs Daşkəsən rayon sakini, 1930-cu il təvəllüdlü Əlirza Nəcəfovdur.

Onun kənd ərazisində oğlunun yeni tikdirdiyi evə baxmağa gedərkən yolda ürəktutmasından dünyasını dəyişdiyi müəyyən olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.