» » » Azərbaycanda buludlu hava hökm sürəcək

Azərbaycanda buludlu hava hökm sürəcək

Azərbaycanda buludlu hava hökm sürəcək

Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. 

Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə, gündüz 9-13 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcəyədək isti olacaq.