» » » Mədət Quliyevdən yeni – TƏYİNAT

Mədət Quliyevdən yeni – TƏYİNAT

Mədət Quliyevdən yeni – TƏYİNAT

O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyib.

Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxananın rəisi, mayor Zaur Məmmədov ötən həftə tutduğu vəzifədən azad edilib.

ucarliyiq.biz-ın Lent.az-a istinadən verdiyi məlumatına görə, təcridxanaya artıq yeni rəis təyin edilib. 

Məlumata əsasən, Fəqan Yaqubov istintaq təcridxanasının rəisi vəzifəsinə təyinat alıb. 

F.Yaqubov buna qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyib. 

Qeyd edək ki, ötən ilin sonlarında Milli Təhlükəsizlik Nazirliyinin bir sıra yüksək rütbəli şəxsləri həbs edilmiş, daha sonra isə nazirlik ləğv edilərək əvəzində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılmışdı.

Penitensiar Xidmətin rəisi Mədət Quliyev DTX-nın, Orxan Sultanov isə XKX-nin rəisi təyin edilib.