» » » Bakda abort qalıqları yolun ortasına düşdü – FOTO + VİDEO (18+)

Bakda abort qalıqları yolun ortasına düşdü – FOTO + VİDEO (18+)

Bakda abort qalıqları yolun ortasına düşdü – FOTO + VİDEO (18+)

Fakt üzrə araşdırma aparılacaq.

Bakının Nəsimi rayonunda Azadlıq prospektilə Həsən Əliyev küçəsinin kəsişməsində 2 uşaq rüşeymi tapılıb. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə 1news.az-a hadisənin şahidi olan həkim xəbər verib. 

Onun sözlərinə görə, embrionlar yolun hərəkət hissəsində zibil qutusunun yanında tapılıb. Şahid bildirib ki, onlar abortdan sonrakı rüşeymlərdir. 10-15 santimetrlik rüşeymlər hamiləliyin təxminən 2-3 aylıq olduğunu göstərir. 

O, faktı sübut edən foto və video da göndərib. Mənbənin sözlərinə görə, embrionlar böyük ehtimalla yaxınlıqdakı tibb müəssisələrinin və ya uşaq evlərinin tibbi personalının səhlənkarlığı ucbatından düzgün məhv edilməyib: 

“Onların qeyri-leqal abortun qurbanı olmaları da istisna olunmur”.

Nəsimi rayon Polis İdarəsindən bildirilib ki, embrionların aşkarlanmasına dair məlumata malik olmasalar da, fakt üzrə araşdırma aparılacaq.

Bundan sonra məlumatın düzgün olub-olmadığı müəyyən olunacaq. 

Qeyd edək ki, qaydalara əsasən, “B” sinfinə aid tibbi bioloji tullantılar (abort və düşük nəticələri) xüsusi ərazilərdə dəfn olunmalı və ya xəstəxanalardakı mini-krematorilərdə yandırılma yolu ilə məhv olunmalıdır.

Bakda abort qalıqları yolun ortasına düşdü – FOTO + VİDEO (18+)

Bakda abort qalıqları yolun ortasına düşdü – FOTO + VİDEO (18+)