» » » Qusarda keçmiş məhbus özünü yandırdı

Qusarda keçmiş məhbus özünü yandırdı

Qusarda keçmiş məhbus özünü yandırdı

Faktla bağlı araşdırma aparılır.

Qusar rayonunda intihar faktı qeydə alınıb. 

ucarliyiq.biz xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ukur kəndində qeydə alınıb. 

1967-ci il təvəllüdlü Şıxbabayev Çingiz Şıxrəhim oğlu üzərinə benzin tökərək özünü yandırıb. 

Onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, intihar edən şəxs 14 il məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.