» » » 6 mindən çox borcluya ölkəni tərk etmək qadağan olunub

6 mindən çox borcluya ölkəni tərk etmək qadağan olunub

6 mindən çox borcluya ölkəni tərk etmək qadağan olunub

İşlərin sayı 50 faizdən çox artıb.

Ötən il dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.100-ü ötüb, KİV-in sayı isə 5.100-ə çatmaq üzrədir. 

ucarliyiq.biz-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazir bildirib ki, 2015-ci ildə əvvəlki illə müqayisədə icra işlərinin sayı 50 faizdən çox artıb. Onlardan 220 mindən çoxunun icrası təmin edilib. Hüquqi və fiziki şəxslərə 168 milyon manat vəsaitin ödətdirilməsinə nail olunub. 

İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5.520 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 2.750 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 370 şəxs barəsində cinayət işi başlanılıb.

Hesabat dövründə 6.238 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.

Məhkəmə ekspertizası mərkəzinə 41 ekspert ixtisası üzrə 27 mindən çox iş daxil olub, ekspertlər 530 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7%-ni həll ediblər.

Nazirliyin kadr potensialının gücləndirilməsi, o cümlədən gənclərin işlə təminatı daim diqqət mərkəzində saxlanılıb, keçirilmiş müsabiqələr nəticəsində 435 nəfər ədliyyə orqanlarına qulluğa qəbul edilib.