» » » Azərbaycanda sabah mülayim hava hökm sürəcək

Azərbaycanda sabah mülayim hava hökm sürəcək

Azərbaycanda sabah mülayim hava hökm sürəcək

Cənub küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən xəbərə görə, səhər bəzi yerlərdə duman, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. 

Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7 dərəcə isti, gündüz 11-16  dərəcə isti, bəzi yerlərdə 19 dərəcə isti, Bakıda gecə 5-7  dərəcə isti, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşam isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 12-17 isti olacaq.