» » » Parlament büdcəyə dəyişikliklərin müzakirəsinə hazırlaşır

Parlament büdcəyə dəyişikliklərin müzakirəsinə hazırlaşır

Parlament büdcəyə dəyişikliklərin müzakirəsinə hazırlaşır

İclasın gündəliyinə 5 məsələ daxildir.

Azərbaycan Milli Məclisinin (MM) fevralın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub.

Parlamentdən ucarliyiq.biz-a verilən məlumata görə, iclasın gündəliyinə 5 məsələ daxildir.

Gündəliyə MM-in payız sessiyasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihələrinə dəyişikliklər, o cümlədən Milli Məclisin yanvarın 19-da keçirilən xüsusi iclasında qəbul olunmuş bəzi dəyişikliklərə Azərbaycan Prezidenti tərəfindən veto qoyulması ilə bağlı məsələlərin müzakirəsi salınıb.