» » » Bakıda 265 min manatlıq dələduzluq

Bakıda 265 min manatlıq dələduzluq

Bakıda 265 min manatlıq dələduzluq

İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hacıqabul rayon sakininin saxta sənədlər əsasında ona mənzil satılması barədə “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

ucarliyiq.biz xəbər verir ki, Bakı şəhərində əmlak alqı-satqısı ilə məşğul olan Samir Rzayevin “Günəş Holdinq” MMC-yə məxsus mənzili özününkü kimi təqdim edərək dələduzluq yolu ilə saxta müqavilə və arayışlar əsasında Hacıqabul rayon sakininin adına rəsmiləşdirəcəyini vəd edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı Bakı şəhərində əmlak alqı-satqısı ilə məşğul olan, “Günəş Holdinq” MMC-yə məxsus mənzili özününkü kimi təqdim edən Samir Rzayev dələduzluq yolu ilə saxta müqavilə və arayışlar əsasında Hacıqabul rayon sakininin adına rəsmiləşdirəcəyini vəd edib.

Hacıqabul sakininin 145 min manat məbləğində pulunu və 120 min manat dəyərində evini ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.