» » » Avtomobillərə dəyən zərərin tənzimlənməsi üzrə – YENİLİK

Avtomobillərə dəyən zərərin tənzimlənməsi üzrə – YENİLİK

Avtomobillərə dəyən zərərin tənzimlənməsi üzrə – YENİLİK

İlham Əliyev sərəncam imzalayıb.

Azərbaycanda avtomobillərə dəyən zərərin tənzimlənməsi üzrə əlavə tələblər müəyyənləşib.

ucarliyiq.biz xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev “İcbari sığortalar haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 18 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir:

zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə;

yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə.

Zərərçəkənin qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir.

Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

Həmçinin qanuna aşağıdakı məzmunda 63.5-ci maddə əlavə edilib:

“Bu qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir.

Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır”.