» » » Yasamalda iki bina sökülür - FOTO

Yasamalda iki bina sökülür - FOTO

Yasamalda iki bina sökülür - FOTO

Xəbəradlıq edilib.

Bu gün Yasamal rayon, M.A Əliyev küçəsi 150 və 152 saylı binaların sakinlərinə rayon icra hakimiyyətindən mənzilləri təcili boşaltmaq xəbəradlığı edilib.

ucarliyiq.biz Femida.az-a istinadən xəbər verir ki, xəbərdarlıqda bildirilib ki, binalar son dərəcə qəzalı olduğundan sakinlərin köçürülməsinə və binaların sökülməsinə zərurət yaranıb. 

Ödəniləcək kompensasiyaya görə isə, 42 saylı MİS-ə müraciət etmək tövsiyyə olunub. 

Sakinlərin verdiyi məlumata görə, xəbərdarlıq blankında sakinlərin harada məskunlaşması, konpensasiyanın neçə ödənilməsi ilə bağlı heç bilgi verilməyib.

Məlumatda o da qeyd ilunub ki, söküntü işlərini həyata keçirən və kompensasiyanı ödəməli olan tikinti şirkəti “Kristal” MMC-dir. 

Bina sakinlərinin verdiyi məlumata görə, gözlənilmədən belə bir qərarın verilməsi və bir həftəyə mənzillərin boşaldılması olduqca çətin prosesdir. Üstəlik kompensasiyanın verilməsində də qeyri-müəyyənlik var. Bu səbəbdən də sakinlərin əksəriyyəti tələsik mənzillərindən çıxmaq niyyətində deyillər. 

Amma, bina sakinlərinə qəti olaraq bildirilib ki, sakinlər binaları tərk etməsə, işıq, su və qaz xəttləri kəsiləcək. Bu səbəbdən də hazırda bina sakinləri ilə şirkət rəhbərliyi arasında gərginlik yaranıb.  

Yasamalda iki bina sökülür - FOTO