» » » Azərbaycandan dollar çıxaran türkiyəli tutuldu

Azərbaycandan dollar çıxaran türkiyəli tutuldu

Azərbaycandan dollar çıxaran türkiyəli tutuldu

Demir Selami gömrükdən keçə bilmədi.

Azərbaycan gömrük xidməti əməkdaşlarından Türkiyə vətəndaşından 5 000 ABŞ dollar aşkar olunub.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Türkiyə vətəndaşı Demir Selami gömrük nəzarətindən keçərkən hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan, o müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlamaya dəvət olunub.

D.Selaminin üzərində yoxlama aparılarkən əynindəki göy rəngli şalvarın sağ qabaq cibindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, kağız üzərində yazılı və elektron formada bəyan olunmayan hər biri 100 ABŞ dollar nominalında 50 ədəd pul əskinasları, cəmi 5 000 dollar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.