» » » Azərbaycanda havalar kəskin soyuyacaq – XƏBƏRDARLIQ

Azərbaycanda havalar kəskin soyuyacaq – XƏBƏRDARLIQ

Azərbaycanda havalar kəskin soyuyacaq – XƏBƏRDARLIQ

Ölkə ərazisində qar yağacaq.

Bakıda və Abşeron yarımadasında  fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü  şimal-qərb küləyinin əsəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, havanın temperaturu 4-7 dərəcə aşağı enəcək. 

Azərbaycanın rayonlarında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı,  bəzi yerlərdə intensiv olacağı gözlənilir. 

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur 5-8 dərəcə aşağı enəcək.